Avropa Parlamentinin (AP) beş aparıcı siyasi qüvvəsi, o cümlədən Yaşıllar Avropa İttifaqı ölkələrini Ukraynaya hərbi və maliyyə yardımı göstərməklə bağlı vədlərini yerinə yetirməyə çağırıb. Bu barədə The Financial Times (FT) yanvarın 16-da Ukrayna ilə bağlı müzakirələr öncəsi birgə bəyanatına istinadla məlumat yayıb.
Aİ-yə Ukrayna münaqişəsindən yaranan “yorğunluq sindromu” ilə bağlı xəbərdarlıq edilib və Ukrayna təmas xəttindəki çətin vəziyyətdə ölkəyə effektiv və sabit uzunmüddətli hərbi dəstək göstərilməsi tələb olunub.
Sənəddə bildirilir ki, Aİ ölkələri son iki ildə Kiyevə hərbi təchizatla “çox ləng” olublar.
Mənbə: A Haber