image-n1karobka_ads
image-123
image-1759232316125569306_1200x630backend

Aqrar Məşvərət Şurasında heyvandarlığın inkişafı müzakirə olundu

image-ad_qayo_720x110px

Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.

Doğru.az xəbər verir ki, iclasda Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri, şura üzvləri, şirkət və assosiasiya nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi heyvandarlıq sektorunun mövcud vəziyyətini təhlil etmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi olub.

Nazir Məcnun Məmmədov çıxışında heyvandarlığın ərzaq təhlükəsizliyində və idxaldan asılılığın azaldılmasında strateji rolunu vurğulayıb. O bildirib ki, dövlət proqramları, subsidiyalar və investisiya layihələri bu sahənin davamlı inkişafına yönəlib.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov isə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin və innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Tədbirdə nazirin müşaviri Zaur Əliyev “Heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasəti” mövzusunda təqdimatla çıxış edib. Ardınca “Qoç ət” MMC-nin təsisçisi Sənan Təhməzov özəl sektorun mövcud vəziyyəti və təklifləri barədə danışıb.

İştirakçılar beynəlxalq təcrübənin tətbiqi, dövlət dəstəyinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki