image-n1karobka_ads
image-123
image-17170694903463062354_1200x630backend

Aqrar Sığorta Fondu əkin sahələri zərər çəkmiş bölgələrdə görüşləri davam etdirir – FOTO

Aqrar Sığorta Fondunun nümayəndələri kəskin hava şəraiti – intensiv yağışlar və dolu nəticəsində əkin sahələri zərər çəkmiş bölgələrdə görüşləri davam etdirir.

Doğru.az xəbər verir ki, fondun nümayəndələri güclü yağışlar və dolu vurmasından zərər çəkmiş Zaqatala rayonunun Üçüncü Tala kəndi və Qax rayonunun Əlibəyli və Tasmalı kəndlərində fermerlərlə görüş keçiriblər.

Aqrar Sığorta Fondunun, yerli icra qurumlarının, Zaqatala və Qax Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) rəhbərliyinin də iştirak etdiyi görüşlərdə təsərrüfatlara dəyən zərər müzakirə olunub, aqrar sığorta barədə geniş məlumat verilib.

Qeyd edək ki, son günlər bu bölgələrdə hadisələrlə bağlı onlarla müraciət qeydə alınıb. Güclü yağış, sel-subasma və dolu yağması nəticəsində buğda, arpa, qarğıdalı əkinlərinə, tütün, fındıq və digər bağlara ziyan dəyib.

Görüşlərdə bildirilib ki, aqrar sığorta hava şəraiti nəticəsində təsərrüfatlara dəyən zərəri qarşılayır və əkin sahələrini sığortalamış fermerlər dəyən zərərlərə görə sığorta ödənişləri alacaqlar.

Kəndlərdə keçirilən görüşlərdə məlum olub ki, fermerlərin bir hissəsi əkin sahələrini sığorta ediblər və bu sahədə baş verən hadisələr Aqrar Sığorta Fondunda qeydə alınıb. Bəzi fermerlər öz təsərrüfatlarına dəymiş zərər barədə elə görüşdəcə məlumat veriblər və onların müraciəti ASF əməkdaşları tərəfindən qeydə alınıb. Bildirilib ki, hazırda ölkənin digər regionlarında olduğu kimi, Şəki-Zaqatala bölgəsində də fondun ekspertləri sığortalı təsərrüfatlarda dəyən zərərləri hesablamaqdadırlar, yekun qiymətləndirmədən sonra fermerlərə ödəniş ediləcək.

Eyni zamanda, Üçüncü Tala, Əlibəyli və Tasmalı kəndlərində görüşlərdə qeyd olunub ki, təsərrüfatı zərər görmüş bəzi fermerlərə daha əvvəl fond və yerli filiallar tərəfindən aqrar sığortadan istifadə etmək təklif olunsa da, onlardan bəziləri bu imkandan yararlanmayıb və ya əkin sahəsini sığortalamaqda gecikiblər. Belə vəziyyətlə üzləşdikdən sonra isə fermerlər əkin sahələrini hökmən vaxtında sığorta edəcəklərini bildiriblər.

Fermerlərin diqqətinə çatdırılıb ki, Azərbaycanda aqrar sığorta vasitəsilə 48 növ bitkini, o cümlədən zərər dəymiş bütün əkinləri sığortalamaq mümkündür. Aqrar sığortaya dövlət dəstəyi, yəni sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilərlər. Məsələn, Şəki-Zaqatala regionunda 1000 manatlıq buğda və ya arpa məhsulunun sığortalanması fermerlərə cəmi 20 manata başa gəlir. Bu məbləğ nəinki gözlənilən məhsulun qiymətindən, həm də fermerin əkin üçün sərf etdiyi vəsaitdən də 10 dəfələrlə azdır.

Fermerlərə xatırladılıb ki, 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 4,4 milyon manat, bu ilin ilk 4 ayında isə 2 milyon manatdan çox ödənişlər edilib.

DOĞRU.AZ

image-1717069490137255301_1200x630 image-17170694901461455874_1200x630 image-17170694901166161682_1200x630 image-17170694903081960073_1200x630 image-1717069490622919555_1200x630 image-17170694905506240370_1200x630 image-17170694902473341395_1200x630 image-17170694902471224173_1200x630 image-17170694904696538842_1200x630 image-17170694905413242707_1200x630 image-17170694902733128189_1200x630 image-1717069490374357058_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki