image-n1karobka_ads
image-123
image-1747474274418292055_1200x630backend

Aqrar Sığorta Fondunun rəhbərliyi təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda olub – FOTO

Doğru.az xəbər verir ki, son günlər ölkənin müxtəlif bölgələrində baş verən güclü yağış, dolu və sel-subasma hallarının kənd təsərrüfatına ciddi təsiri olub. Aprelin ortalarından etibarən qeydə alınan təbiət hadisələri nəticəsində Aqrar Sığorta Fonduna artıq 30-a yaxın rayondan 120-dən çox müraciət daxil olub və bu proses davam edir.

Fondun məlumatına görə, zərər çəkmiş təsərrüfatlar arasında taxıl, pambıq əkinləri, meyvə bağları və digər sahələr mövcuddur. Müraciətlər əsasında bölgələrə onlarla müstəqil aqrar sığorta eksperti ezam edilib. Ekspertlər hadisə yerlərində zərərin səbəblərini araşdırır və ilkin qiymətləndirmə aparırlar.

Zərərin sığorta çərçivəsində baş verdiyi təsdiqlənən hallarda müvafiq ödənişlərin Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Hadisə baş verən ərazilərdə vəziyyətlə tanış olmaq üçün Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və fondun nümayəndələri şimal bölgəsində yerləşən sığortalı təsərrüfatlarda olublar.

Xaçmaz rayonunun Cığatay kəndindəki badam, heyva, nektarin və gilas bağlarında güclü yağış və sel nəticəsində ciddi ziyan qeydə alınıb. Ağacların böyük hissəsi su altında qalıb. Fond rəhbərliyi ərazidə olub, təsərrüfat sahibləri ilə görüş keçirib və ekspertlər tərəfindən zərərlərin azaldılması ilə bağlı tövsiyələr verilib.

Fond nümayəndələri həmçinin Xaçmazda mart ayında baş vermiş şaxta hadisəsindən zərər çəkmiş başqa bir meyvə bağında da olublar. Temperaturun mənfi 3–4 dərəcəyə qədər enməsi nəticəsində ağacların bir hissəsi şaxtaya məruz qalıb. Ekspertlər vəziyyətlə yerində tanış olub, təsərrüfat rəhbərlərinə qoruyucu tədbirlərlə bağlı məsləhətlər veriblər.

Qeyd olunub ki, həmin təsərrüfatlar aqrar sığorta mexanizmi ilə sığortalandıqlarına görə, dəymiş və təsdiqlənmiş zərərlər Aqrar Sığorta Fondu tərəfindən qarşılanacaq.

Xatırladaq ki, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta sistemi təsərrüfatları təbii fəlakətlər – dolu, sel, fırtına, şaxta, torpaq sürüşməsi və digər risklərdən qorumaq məqsədi daşıyır. Fermerlər həmçinin məhsullarını keyfiyyət itkisi, vəhşi heyvanların hücumu və ya 3-cü şəxslərin fəaliyyəti nəticəsində yarana biləcək zərərlərdən də sığortalaya bilirlər.

DOĞRU.AZ

image-174747427432271261_1200x630 image-17474742741499025119_1200x630 image-17474742742562264480_1200x630 image-17474742744234861764_1200x630 image-17474742742793264578_1200x630 image-17474742744208318919_1200x630 image-1747474274194265946_1200x630 image-17474742744938454044_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki