image-n1karobka_ads
image-123
image-17485259225102940756_1200x630backend

Aqrar Xidmətlər Agentliyinin rəhbəri Qax rayonunda vətəndaş müraciətlərini dinləyib – FOTO

Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qax, Zaqatala və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən toxumluq arpa sahəsinin vaxtında aprobasiya olunması, işlə təminat, traktorun lizinq yolu ilə əldə olunmasına köməklik göstərməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentlik sədri Qax rayonunun Turaclı kəndində fermer Həsən Tanrıverdiyevə məxsus fındıq bağına baxış keçirib, aqrotexniki tədbirlərin, o cümlədən zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərini vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Sonra Sərdar Hacıyev Qax rayonunun Turaclı kəndində fermer Yusif Tanrıverdiyevə məxsus balıq yetişdirmə təsərrüfatına, eləcə də Əmbərçay kəndində fəaliyyət göstərən Qax rayon Damazlıq İpəkçilik Stansiyasında hazırlanmış elit tut ipəkqurdu cinslərinin bəslənməsi prosesinə baxış keçirib.

DOĞRU.AZ

image-1748525922373031596_1200x630 image-17485259225092758636_1200x630 image-17485259221238155755_1200x630 image-17485259222025337597_1200x630 image-174852592288149416_1200x630 image-17485259222544242977_1200x630 image-17485259221736515088_1200x630 image-17485259222456853828_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki