image-n1karobka_ads
image-123
image-17268423875663417889_1200x630backend

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib – FOTO

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov sentyabrın 20-də Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Cəlilabad rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən texnika ilə təminat, subsidiya ödənişləri və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İdarə Heyətinin sədri vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, həmçinin dağ yerlərindəki əkin sahələrinin biçilməsi üçün ölkəyə gətirilən kombaynlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov Cəlilabad rayonunda Göytəpə kəndində çiyələk təsərrüfatına baxış keçirib, təsərrüfatın fəaliyyəti və görülən işlərlə tanış olub. Görüşdə bu kimi təsərrüfatların inkişaf etdirilməsi, çiyələk sahələrinə düzgün aqrotexniki qulluq edilməsi, intensiv təsərrüfatların genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17268423871320554625_1200x630 image-17268423873542533191_1200x630 image-1726842387936358527_1200x630 image-17268423875165456854_1200x630 image-17268423873252223226_1200x630 image-17268423876491859452_1200x630 image-17268423875494435999_1200x630 image-17268423874120247676_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki