image-2000x150px
image-123
image-ads_atlas
image-17177388323138939641_1200x630backend

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Ucarda vətəndaşları qəbul edəcək

image-728x90px

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov iyunun 14-də, saat 10:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Doğru.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-288-27-46) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki