image-n1karobka_ads
image-123
image-1716462320804950250_1200x630backend

“Aqroservis” ASC-nin sədri Qazaxda vətəndaşlarla görüşüb – FOTO

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən texnikaların icarəyə götürülməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı texnikalarının alınması və digər məsələlərlə bağlı olub.

ASC-nin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

“Aqroservis” ASC-nin sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Elmin Rəhmanov “Aqroservis” ASC-nin yerli rayon bölmələrinin rəhbərləri ilə görüşüb, taxıl biçininə hazırlıq vəziyyətini dəyərləndirib, texnikaların durumu ilə tanış olub. Bölmə rəhbərlərinə biçinin operativ həyata keçirilməsi üçün dislokasiyanın düzgün aparılması ilə bağlı tapşırıqlar verilib.

DOĞRU.AZ

image-17164623204831941638_1200x630 image-1716462320538445543_1200x630 image-1716462320522341990_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki