image-2000x150px
image-123
image-ads_atlas
image-bdhafd2uvptfeqpxkocdtgw2ebju1eiop5bjxwaxbackend

“Aqrovoltaika” layihəsi çərçivəsində günəş panelləri olan ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini həyata keçirilib – FOTO

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin tərəfdaşlığı ilə “Aqrovoltaika” layihəsi çərçivəsində “Azərbaycanda aqrovoltaika texnologiyasının istifadə perspektivləri” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Samux rayonunun Sarıqamış kəndində Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus günəş panelləri olan ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər və fermerlərin iştirakı ilə səpin sahəsinə baxış keçirilib.

Tədbirdə qeyd olunub ki, bu texnologiyanın kənd təsərrüfatına yararlı torpaqları məhdud olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Aqrar İnnovasiya Mərkəzi tərəfindən sözügedən pilot layihənin əsas məqsədinin vahid sahədə alternativ enerji istehsalının, kənd təsərrüfatı bitkilərinin əkinindən və məhsul istehsalının təşkilindən ibarət olduğu bildirilib. Qeyd edək ki, günəş panelləri ilə əhatə olunmuş 3 hektarlıq ərazinin 1.2 hektarı panellər altında istifadəsiz qalmış əkinə yararlı torpaq sahəsidir. İlkin mərhələdə aqrotexniki qulluq işləri həyata keçirilmiş panellərarası sahədə noxud, soğan, mətbəx çuğunduru, yerkökü kimi tərəvəzlərin səpini həyata keçirilib. Sonrakı mərhələdə isə şəkər çuğunduru, pomidor, badımcan kimi bir sıra tərəvəz bitkilərinin əkini nəzərdə tutulur.

Layihə çərçivəsində qarşıya qoyulan məqsədə nail olunmasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik, Bitki Mühafizə və Texniki Bitkilər, Əkinçilik Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri  yaxından iştirak ediblər.

DOĞRU.AZ

image-irwnmkmie28iiwe2cbxsmff6ug2lm6gfumjvm6bb image-huuplesthunib87rciizj8kvkznuigi4zvuxb0m6 image-mje0vcb37lmgoj4jcxhky5iyeoefk3pvujprjbki image-wylnobwnkz17z6jh8fh9u5l0hkqot3nbu0owgdne

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki