Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN TV fəaliyyətə başlamasının 2-ci ildönümünü qeyd edir.
Doğru.az xəbər verir ki, ASAN xidmət brendinin beynəlxalq uğurları, müxtəlif ölkələrə ixracı və qlobal tədbirlərdə iştirakı ASAN TV-də geniş şəkildə işıqlandırılır. Doğru.az xəbər verir ki, platforma dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya kimi fəaliyyətini uğurla davam etdirir.
Kanalın əsas məqsədi maliyyə və media savadlılığı da daxil olmaqla müxtəlif sahələr üzrə faydalı və anlaşılan məzmunu izləyicilərə təqdim etməkdir. Sosial şəbəkələrdə – YouTube, Instagram və TikTok üzərindən yayımlanan kontentlər geniş auditoriya toplayıb.
İki il ərzində platformanın sosial media hesablarında paylaşılan videolar ümumilikdə 230 milyona yaxın baxış əldə edib.
ASAN TV eyni zamanda innovasiyalara açıq yanaşması ilə seçilir. Yerli media məkanında ilk süni intellekt əsaslı aparıcılardan biri olan “ASANİYƏ” də məhz bu platformada fəaliyyət göstərir.
Bundan əlavə, ASAN TV-nin “Zəfər rəqsi” adlı bədii filmi də tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Kanal hazırda müxtəlif beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlığını davam etdirir.
DOĞRU.AZ


























