Texasın Cənub-Qərb Tədqiqat İnstitutundan (SwRI) amerikalı astronomlar Günəş Sistemində maye su ola bilən daha iki obyekt aşkar ediblər.
Elmi qurumun rəsmi saytı xəbər verir ki, söhbət Eris və Makemake cırtdan planetlərindən gedir.
Kiçik buzlu dünyalar Eris və Makemake ulduz sistemimizin kənarındakı Kuiper qurşağında yerləşir. Eris ölçüsünə görə Plutonla müqayisə edilə bilər və Makemake-nin diametri ilk iki obyektdən təxminən 1000 kilometr kiçikdir.
Yaxın vaxtlara qədər hər iki cırtdan planet uzaq olduqlarına görə zəif tədqiq edilmişdi. Eris Günəşdən 14,4 milyard kilometr, Makemake isə 7,7 milyard kilometr məsafədə yerləşir.
Mənbə: Haberler.com