Avropanın LOFAR aşağı tezlikli radio teleskoplar massivi Breakthrough Listen layihəsinin bir hissəsi olaraq megahertz tezliklərində yerdənkənar kəşfiyyat siqnalları üçün ilk dəfə axtarışa başlayıb.
Tədqiqat The Astronomical Journal (TAJ) elmi jurnalında dərc olunub.
SETI-nin yadplanetli sivilizasiyalar üçün axtarışı ənənəvi olaraq 1,42 GHz hidrogen xətti tezliyi kimi gigahertzdən yuxarı olan radiotezliklərə diqqət yetirir. SETI astronomları adətən daha aşağı tezliklərdən qaçırlar, çünki Yer atmosferi bu cür müşahidələri səs-küylü edir. Bununla belə, LOFAR xüsusi olaraq aşağı diapazonlu radio astronomiya tədqiqatları üçün nəzərdə tutulmuşdur.
LOFAR Hollandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Polşa və Böyük Britaniyada mərkəzləri olan, Avropanın yüzlərlə kilometrini əhatə edən radio antenalar kompleksidir. Stansiyalar iki növ antena ilə təchiz olunub: aşağı diapazon 10-dan 90 MHz-ə qədər, yuxarı diapazon isə 100-dən 250 MHz-ə qədər.
Mənbə: Lenta.ru