image-n1karobka_ads
image-123
image-287514_38e2cnrjv7backend

Audiovizual Şuradan açıqlama

Azərbaycan Audiovizual Şurası açıqlama yayıb.

Doğru.az xəbər verir ki, açıqlamada bildirilib:

“Azərbaycan Audiovizual Şurasının rəhbərliyi və kollektivi “Azərbaycan Hava Yollarına” məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyir”.

26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən “Media haqqında” Azərbaycan Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki