image-n1karobka_ads
image-123
image-2024-01-15t120913z_971480532_rc2zq4a2vg9a_rtrmadp_3_israel-palestinians-china-redsea-pic_32ratio_1200x800-1200x800-90748backend

Avropa İttifaqı Qırmızı dənizdə dəniz missiyasını təsdiqləyib

Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün hərbi dəniz missiyasının yaradılmasını təsdiqləyib. Bu barədə TASS məlumat yayıb.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani, “Aİ Xarici İşlər Şurasının iclası zamanı Aspides dəniz əməliyyatının başlaması yenicə təsdiqləndi” dedi.

O bildirib ki, Roma missiyanın komandanlığını öz üzərinə götürəcək. O qeyd edib ki, İtaliya “ticarət gəmilərinin maraqlarını və Qırmızı dənizdə sərbəst naviqasiyanı qorumaqda ön sıralardadır”.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki