Bu gün Axşam.az portalının fəaliyyətə başlamasından 13 il ötür.
Doğru.az xəbər verir ki, “5 Media” şirkətinə məxsus olan Axşam.az bu müddət ərzində ölkənin ən populyar və etibarlı xəbər resurslarından birinə çevrilib. Portal Azərbaycanda və dünyada baş verən maqazin, dəb, tibb, incəsənət və mədəniyyət xəbərlərini işıqlandırır, tanınmış simalarla müsahibələr yayımlayır.
Geridə qalan illər ərzində sayt böyük oxucu auditoriyasına sahib olub və hazırda ölkənin ən çox izlənilən internet resursları sırasındadır. Sosial mediada da aktivliyi ilə seçilən Axşam.az-ın Instagram hesabında 707 mindən çox izləyici, Facebook səhifəsində isə 1,3 milyonluq auditoriya fəaliyyət göstərir. Eyni zamanda sayt TikTok platforması və Telegram kanalında da gündəlik yenilənir.
Peşəkar komanda, operativlik və etibarlılıq – bu üç əsas prinsip portalın uğuruna səbəb olub. Bu gün Axşam.az təkcə xəbər platforması deyil, həm də bir media brendi kimi tanınır.
Doğru.az komandası həmkarlarımızı 13 illik fəaliyyətləri münasibətilə təbrik edir!
Qeyd edək ki, “5 Media” şirkətinin nəzdində Axşam.az-la yanaşı, Sabah.az və Qol.az saytları da fəaliyyət göstərir.
DOĞRU.AZ




























