image-2000x150px
image-123
image-ads_atlas
image-1419181backend

Ayan Nadir Qafarzadə ilə yayılan görüntülərdən DANIŞDI: “Pis insanlar mələyi də şeytan görürlər” – VİDEO

image-728x90px

“Atamı 8 yaşımda ikən itirmişəm. O, avtomobil qəzasında dünyasını dəyişdi. Hər kəs valideyn ola bilmir. Atam haqqında çox danışmaq istəmirəm, yaxşı ki anam bizim anamız olub. Bizə o yoxluğu hiss etdirməyib. Atasız böyüsəm də, mənim özüm ayaq üstə dayana bilirəm, ağlım, iradəm yerindədi. Kim məni pis yola çəkə bilər? Heç kim! Insanın öz qabında olmalıdır. Anam mənə o qədər dəstək olub ki, ataya ehtiyac duymuram”.

Doğru.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan” telekanalında yayımlanan “Üzə-düz” verilişinə qonaq olan müğənni Ayan Babakişiyev deyib. Müğənni verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, Nadir Qafarzadə

 ilə yayılan görüntülərindən də danışıb:

“Nadir Qafarzadə ilə yayılan görüntülərə də münasibət bildirmək istəyirəm. Bir insandan soruşurlar. Necəsən? Deyir, kiminə görə yaxşıyam, kiminə görə pisəm. Kiminə görə gözəl və ya çirkinəm. Kimi üçün vicdanlı və ya vicdansızam. Məni necə görmək istəyirsinizsə, mən eləyəm. O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, onun həyata baxışı da elədir. Mən onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım yoxdur! Bu şou dünyasıdır və burda hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıram? Mənə yetər”. Metbuat.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki