image-n1karobka_ads
image-123
image-22-pic_32ratio_1200x800-1200x800-25170backend

Ayda qəribə maqnit xassələri olan daşlar aşkar edilib

Ayda Rayner Qamma bölgəsində qeyri-adi maqnit xüsusiyyətlərinə malik daşlar aşkar edilib.

Bu barədə Münster Universitetinin press-relizində məlumat verilib.

Universitetin məlumatına görə, bu daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirir. Universitet alimi Ottaviano Rueschanın fikrincə, Ayın maqnit xassələri haqqında hazırkı biliklər məhduddur, ona görə də yeni süxurlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə işıq salacaq.

Yanvarın 19-da Yaponiya öz kosmik gəmisini Aya uğurla endirən dünyada beşinci ölkə oldu. Bundan sonra Yaponiyanın aerokosmik kəşfiyyat agentliyi JAXA Ayda Smart Lander for Investigating Moon (SLIM) modulunun ilk fotosunu nümayiş etdirib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki