“Bu gün qədrbilən Azərbaycan xalqı ömrünü dövlətimizin inkişafı, gələcəyi, xalqımızın rifahı və firavanlığına həsr etmiş, memarı olduğu müstəqil Azərbaycan var olduqca daim qəlbimizdə əbədi yaşayacaq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad etməkdədir”. Bunu “Olaylar”a açıqlamasında deputat İlham Məmmədov deyib. Deputat bildirib ki, dahi lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini, xalqını üzləşdiyi təhlükələrdən xilas etməklə adını xalqımızın yaddaşına və qəlbinə əbədi yazıb: “Azərbaycan dövləti və xalqı durduqca Ulu öndərə öz dərin ehtiramını bildirəcək. Ulu öndərin 1993-cü ildə hakimiyyəti gəlişi ilə Azərbaycan üzləşdiyi çətinliklərdən xilas olaraq uğurlara və zəfərlərə imza atmağa başldı. Məhz dahi liderin müdrikliyi, uzaqgörənliyi, bacarığı nəticəsində Azərbaycan müstəqilliyinin ilk illərində üzləşdiyi təhlükələrdən, xaosdan qurtuldu. Bununla da azərbaycanın qurtuluşdan Zəfərə gedən yolu başladı.
Qısa zaman kəsiyində Azərbaycanda siyasi-iqtisadi sabitlik bərqərar oldu və dövlətimizin gələcək inkişaf strategiyasını müəyyən edən “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutmağa başladı.
Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Bax bu fəaliyyətinə görə, Ulu öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.
Azərbaycan Ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Ulu öndərən Azərbaycan xalqına və dövlətçiliyinə ən böyük xidmətlərindən bir də özünün siyasi irsinin layiqli davamçısı kimi xalqımızın xəyallarını gerçəkləşdirə bilən cənab Prezident İlham Əliyevi müəyyən etməsi oldu. Ulu öndər 2003-cü ildə cənab İlham Əliyevi öz varisi müəyəyn edəndə Azərbaycan xalqına ünvanladığı müraciətdə deyib: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, belə də oldu. Cənab Prezident İlham Əliyev Ulu öndərin Azərbaycanın inkişafı və qarşısında duran bütün problemləri qısa zamanda həll etməyə başladı. İlk olaraq Azərbaycanın siaysi, iqtisadi, hərbi gücünü və qüdrətini inkişaf etdirdi. Qlobal çağırışlara uyğun çevik siyasət yürütməklə Azərbaycanın xeyrinə olmayan geosiyasi prosesləri ölkəmizin xeyrinə yönəltdi. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalına son verib ərazi bütövlüyün bərpa edərək tarixə qızıl hərflərlə yazılan bir Qələbəyə imza atdı. Azərbaycan xalqı 200 ildən artıq müddətdə belə bir qələbəyə həsrət idi. 2023-cü ilin sentyabrın 19-da isə lokal antiterror tədbriləri ilə bütün respublika üzərində suverenliyini bərpa edib Xankəndində Azərbaycan bayrağını dalğalandırdı. Vaxtı ilə Azərbaycan insanı belə bir qələbələri ancaq və ancaq xəyallarında canlandıra bilərdi. Amma Ulu öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı xəyalları realalşdıran bir lider oldu.
Bu gün öz ata yurdlarında didərgin düşən məcburi köçkünlərin öz ata yurdlarına Böyük qayıdışı başlayıb. Bu gün işğaldan azad edilən torpaqlarda həyata yenidən öz məcrasına dönməkdədir. Bütün bu qələvələrə, zəfərlərə gedən yolun bünövrəsi Ulu öndər tərəfindən qoyulub. Məhz çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək”.
DOĞRU.AZ