image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-56backend

Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub – FOTO

image-728x90px

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.

AZƏRTAC xəbər verir ki, Strasburqa səfəri zamanı elm və təhsil naziri Emin Əmrullayev Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb.

Görüşdə tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib.

Azərbaycanın elm və təhsil naziri Paris şəhərində də bir sıra görüşlər keçirib. Nazir E. Əmrullayev Fransanın Milli Təhsil və Gənclər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fransa Beynəlxalq Təhsil Təşkilatının (France Education İnternational) baş direktoru Pyer-Fransua Murye (Pierre-François Mourier) ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələri, ikitərəfli layihələrin genişləndirilməsi imkanları, fransız dilinin Azərbaycan məktəblərində geniş tədris olunma perspektivləri, peşə təhsili sahəsində əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Parisdə yerləşən Elm və Sənaye Şəhərciyini (La Cité des Sciences et de l’industrie) ziyarət edib, şəhərcikdə fəaliyyət göstərən muzeylə tanış olub, muzeyin beynəlxalq əlaqələr üzrə direktoru Sofi Bişeler-Fiokoni (Sophie Biecheler-Fiocconi) ilə görüş keçirib.

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti qismində Emin Əmrullayevin Fransa Basketbol Federasiyasının prezidenti Jan-Pyer Siuta (Jean-Pierre Siutat) ilə görüşündə isə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki