image-ads_n1karobka_mobile
image-1626158095_mudafie-nazirliyi-yeni-foto-6backend

Azərbaycan Ordusunun zabiti özünü güllələdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki