image-n1karobka_ads
image-123
image-17529424643644446947_1200x630backend

Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bildirib: “Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, nə baş verdiyini bilirik. Biz bunu sübut edə bilərik və bilirik ki, Rusiya rəsmiləri də məsələdən xəbərdardırlar. Onlar da nə baş verdiyini gözəl bilirlər. Sual olunur: niyə görə onlar (Rusiya tərəfi — red.) analoji halda hər bir qonşunun etməli olduğu hərəkəti etmədi? Bizim tələbimiz təbii idi – Rusiya tərəfi öz günahını etiraf etsin, təyyarəmizi vuranlar cəzalandırılsın, qəzada həlak olmuş və yaralanmış şəxslərin ailələrinə, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödənilsin”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki