Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında Azərbaycanın Baş naziri Əli Əsədov bildirib ki, 2024-cü ildə Ankarada imzalanmış Fəaliyyət Planı iki ölkənin hökumətlərinin birgə səyləri nəticəsində uğurla icra edilib.
Doğru.az “Report”a istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, 120 bənddən ibarət planın 93 bəndi, yəni təxminən 78 faizi icra olunub.
Əli Əsədov əlavə edib ki, icrası qalan bəndlər yeni Fəaliyyət Planında əksini tapacaq və zamanın çağırışlarına uyğun olaraq plana mütəmadi olaraq yeni müddəalar əlavə olunur.
Baş nazir vurğulayıb ki, bu gün 110 bəndlik yeni Fəaliyyət Planı təsdiqlənəcək və onun icrası tərəfdaşlığın daha da inkişafına töhfə verəcək.
DOĞRU.AZ




























