Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
DOĞRU.AZ




























