Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Doğru.az xəbər verir ki, imzalanan sənədlər əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Onlara konsulluq fəaliyyəti, qida təhlükəsizliyi, müdafiə sənayesi, mədəniyyət və biznes sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları daxildir.
Sənədlər arasında Xarici İşlər Nazirlikləri arasında konsulluq sahəsində Anlaşma Memorandumu, Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı sənəd, Müdafiə Sənayesi Nazirliyi və Slovakiyanın Müdafiə Nazirliyi arasında Niyyət Protokolu, Mədəniyyət Nazirlikləri arasında Anlaşma Memorandumu, həmçinin KOBİA ilə Slovakiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu yer alır.
Bu sənədlər Azərbaycan-Slovakiya münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək.
DOĞRU.AZ





























