image-n1karobka_ads
image-123
image-17661516725818650352_1200x630backend

Azərbaycan və Türkiyə media sahəsində strateji əməkdaşlığı möhkəmləndirir – FOTO

image-ad_qayo_720x110px

“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü inkişaf etdirildiyi vurğulanıb.

Tədbirdə qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir. Bu səbəbdən Türk dövlətləri arasında əlaqəli, institusional və davamlı əməkdaşlığın gücləndirilməsi zəruridir. Görüşdə Türkiyə–Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından səmərəli mexanizm olduğu xüsusi qeyd edilib.

Eyni zamanda, media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Gələcəkdə media və kommunikasiya sahəsində çağırışların müzakirəsi, praktiki həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların daha intensiv şəkildə həyata keçiriləcəyi ifadə olunub.

DOĞRU.AZ

image-17661516721861447246_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki