image-2000x150px
image-123
image-ads_atlas
image-seid-bagirov-780x470backend

Azərbaycanda ilk dəfə: İş adamı FİFA lisenziyalı agent oldu

image-728x90px

Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib.

“Doğru.az” komanda.az-a istinadən xəbər verir ki, ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib: “QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoru Səid Bağırov. O, artıq lisenziyalı FİFA agentləri siyahısında yer alır.

Bağırov bildirib ki, imtahan olduqca çətin keçib:

“İmtahan prosesi həyəcanlıdır. Bu mənim ilk imtahanım idi və Türkiyədə, TFF tərəfindən təşkil olundu. Biz iyunda qeydiyyatdan keçərkən AFFA FİFA-nın imtahan siyahısında yox idi. Bu səbəbdən də, Türkiyə variantını seçdim. Hazırda Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Əslində tək olmaq məsuliyyətimi bir qədər də artırır. Qəribə hissdir. Həqiqətən şişirtmirəm, imtahan formatı çox fərqlidir, imtahanı üç dildə verə bilərsiz: ingilis, fransız və ispan dillərində. Mən ingilis dilini seçmişdim. Təsəvvür edin ki, suallar daha çox analiz qabiliyyəti, hesablamalar, FİFA, futbol və agent qaydaları haqqında idi. Ən çətini isə bir sualın birdən çox cavabı olmasıdır və hamısını düzgün seçməlisiz. Birini düz, digərini səhv seçsəz, cavab səhv olaraq qeydə alınır. Mən dünyanın başqa ölkələrindəki imtahanların nəticələrinə baxıram. Həqiqətən, kəsilənlər çoxdur. İkinci imtahanda 10,383 nəfər qeydiyyatdan keçib, lakin iki imtahan nəticəsində (aprel və sentyabr) hal-hazırda FİFA Platformasında 3841 FİFA lisenziyalı futbol agenti var və mən onlardan biriyəm. Mən universitetdə müəlliməm. Bəlkə də, bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim. Şükür ki, Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Az da olsa, özümlə qürur duyuram”.

İdman idarəçiliyi ilə məşğul olan “QOLAT Sport Service” şirkəti haqqında məlumat verən iş adamı qeyd edib ki, şirkət 2017-ci ildən fəaliyyət və idman xidmətləri göstərir. Ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki