image-n1karobka_ads
image-123
image-1745478329372004176_1200x630backend

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,9 faiz artıb

2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, ümumi istehsal həcminin artımında əsas pay heyvandarlıq sahəsinin payına düşür.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib ki, bunun da 94,3 faizi (1510.1 milyon manat) heyvandarlıq sahəsinə, 5,7 faizi (91.5 milyon manat) bitkiçilik sahəsinə aiddir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki