image-2000x150px
image-123
image-ads_atlas
image-ef339131-b70e-3d9d-bacf-588e9f1458b2_850-1backend

Azərbaycanın bir qrup gənci “Amazon” və “Ebay”da elektron ticarətə başlayır

image-728x90px

“Azexport” portalında “Amazon” və “Ebay” platformalarında elektron ticarətə başlayan bir qrup gənclə görüş keçirilib.

Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.

Məlumata görə, görüşdə elektron ticarət sahəsində mövcud vəziyyət, yeni ticarətçilərin əsas diqqət etməli olduğu məqamlar, trendlərə adaptasiya, satış bazarlarının spesifikliyinin təhlilinə dair mövzularda geniş müzakirə aparılıb. Beynəlxalq platformalarda satışlara başlayan gənclərə təcrübədən irəli gələn tövsiyələr verilib. Həmçinin platformalardan istifadəyə dair praktik nümunələr nəzərdən keçirilib.

Oxşar görüşlərin bölgələrdə də davam etdirilməsi nəzərdə tutulub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki