image-n1karobka_ads
image-123
image-17480041355124456640_1200x630backend

Azərbaycanın pomidor ixracı 15,3 faiz artıb

Bu ilin ilk dörd ayında Azərbaycandan xarici bazarlara pomidor ixracında həm həcm, həm də dəyər baxımından artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a verilən məlumata görə, yanvar-aprel aylarında ölkədən xaricə 60 148,1 ton həcmində, ümumilikdə 74,7 milyon ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 15,3 faiz, dəyəri isə 5 faiz artıb. İxrac olunan məhsulların əksəriyyəti istixana şəraitində yetişdirilmiş pomidor sortlarından ibarətdir.

Mütəxəssislər bildirirlər ki, istixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixrac göstəricilərinə müsbət təsir göstərən əsas amillərdəndir. Hazırda Azərbaycanın pomidor ixracı dinamik şəkildə davam edir və bu sahədə artım tendensiyası müşahidə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki