image-n1karobka_ads
image-123
image-img-20250714-wa0028backend

Azərbaycanlı fotoqraflar beynəlxalq arenada uğur qazandılar

image-ad_qayo_720x110px

2024-cü il Azərbaycan foto sənəti üçün uğurlu il olub. Fotoqraflarımız müxtəlif beynəlxalq yarışmalarda 107 mükafat qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.

Doğru.az xəbər verir ki, bu münasibətlə keçirilən “Foto Kadr 2024” mərasimində il ərzində fərqlənən fotoqraflar mükafatlandırılıb. Tədbirdə bildirilib ki, hazırda Azərbaycanda 10-dan artıq beynəlxalq statusa malik fotoqraf fəaliyyət göstərir.

Tədbirdə müxtəlif müsabiqələrdə qalib olan şəxslərə medallar, diplomlar, fəxri lentlər və sertifikatlar təqdim olunub. Adları çəkilən fotoqraflar arasında Dilavər Nəcəfov, Kərim Abbasov, İlqar Cəfərov, Roman İsmayılov, Nurlan Tahirli, Valeriy Xlızov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Aleksandr Firstov, Zaur Mustafayev və Naib Əhmədov yer alıb.

Bundan əlavə, foto sənətinə informasiya dəstəyi göstərən Demokrat.az və Baku.news xəbər saytlarına təşəkkür olaraq plaketlər təqdim olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki