image-2000x150px
image-123
image-ads_atlas
image-17144517282355038569_1200x630backend

Bakı, sabahın xeyir! – FOTOREPORTAJ

image-728x90px

Sübh tezdən Xəzərin qoynunda üfüqlər təzə qalanmış ocaq kimi görünür. Getdikcə dan yeri sökülür, üfüqlər qırmızı rəngin min bir çalarına bürünür. Gecənin süzülmüş köynəyinin kölgə kimi görünən sonuncu qaraltıları da çəkilir.

Hava yavaş-yavaş aydınlaşmağa başlayır. Dan yerindən təzə-təzə boy göstərən Günəşin zərrin şəfəqləri əvvəlcə mavi sularda bərq vurur, sonra hələ yuxulu gözlərini ovuşduran körpəni xatırladan sakit şəhərin üzərinə – yollara, küçələrə, binaların damlarına, evlərə, pəncərələrə səpilir. Şəhər oyanır…

Dəniz mavi sulara səpələnən şəfəqlər altında güzgü kimi parıldayır, işığa həsrət güllər sanki titrək-titrək gülümsəyir. Quşlar səhər nəğməsi oxuyur, dalğalar bir-birini qova-qova sahilə tələsir. Bulvara ilk izlər düşür, səhəri qarşılayanların ilk addımları küçələri naxışlayır. Göz qamaşdıran, dəniz sularında işım-işım işıldayan şəfəqlərə salam verən də var, gəzintiyə çıxan, səhərin təmiz havasını ciyərlərinə çəkən, görüşə tələsən də…

Yeni bir səhər doğulur, yeni bir gün başlayır- ömrümüzə gözəllik, həyatımıza xoş duyğular, dünyamıza xoş ümidlər vəd edən yeni bir gün…

Bu gözəlliyi seyr edən hər kəsə paytaxtımıza açılan növbəti bir səhəri salamlamaq qalır: – Bakı, sabahın xeyir!..

AZƏRTAC-ın fotomüxbirinin səhər saatlarında Bakı şəhərində çəkdiyi fotoları təqdim edirik.

image-17144517284554718936_1200x630 image-171445172820020701_1200x630 image-17144517284978832710_1200x630 image-17144517285311934448_1200x630 image-17144517288768706_1200x630 image-1714451728654813350_1200x630 image-171445172823231237_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki