image-2000x150px
image-123
image-ads_atlas
image-8e41385c-7bdf-3d2b-92f2-b336d0f9b1df_850backend

Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb

image-728x90px

Son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub: “Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur”.

M.Vəliyeva bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib: “Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki