image-2000x150px
image-123
image-ads_atlas
image-2023-12-04-10-25-47oporoexe1zvml7xs8zhx_filebackend

Bakıda daha bir məktəbdə qızılca aşkarlandı

image-728x90px

Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb.

Bakupost.az-ın məlumatına görə, liseyin 5-ci sinfində yoluxma aşkarlanıb.

Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.

Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki