image-n1karobka_ads
image-123
image-17540386692393447038_1200x630backend

Bakıda “Kənddən Şəhərə” yarmarkası keçiriləcək

image-ad_qayo_720x110px

Avqustun 2-3-də Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq.

Doğru.az xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədarük və Təchizat” ASC-si tərəfindən keçirilir. Yarmarkada 25-ə yaxın fermer iştirak edəcək, 90-a yaxın kənd təsərrüfatı və qida məhsulu satışa çıxarılacaq.

Məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Ərazidə səyyar laboratoriya fəaliyyət göstərəcək.

Yarmarka saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrosunun yaxınlığı) baş tutacaq. Fermerlər üçün avadanlıqlar ödənişsiz təmin olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki