image-n1karobka_ads
image-123
image-17665008232487240119_1200x630backend

Bakıda taksilər üçün kvota 25 minlə məhdudlaşdırıldı

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 min müəyyən edilib.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, kvotanın tətbiqi ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma aparılıb.

Məlumata görə, kvota ilə əlaqədar Bakı şəhəri üzrə taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) üçün müraciətlərin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

AYNA müraciət edən şəxslərə ərizələrini müəyyən olunmuş müddət ərzində elektron sistem vasitəsilə təqdim etməyi tövsiyə edib. Vurğulanıb ki, sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığı diqqətlə yoxlanılmalıdır. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər.

Qeyd olunub ki, elektron qaydada təqdim edilən müraciətlər yoxlanıldıqdan və təsdiqləndikdən sonra icazələr üzrə dövlət rüsumları 5 iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddətdə ödəniş edilmədikdə müraciətlər ləğv olunacaq.

Qurumun məlumatına əsasən, növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması yalnız kvota çərçivəsində yer azad olduqda və növbəlilik prinsipi əsasında aparılacaq. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki