image-2000x150px
image-123
image-ads_atlas
image-temayulbackend

Bakıda təhsil alan şagirdlərin sayı AÇIQLANDI

image-728x90px

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 484 731 şagird təhsil alacaq.

Bu barədə BŞTİ məlumat yayıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 200, IX sinfində 37 987, X sinfində 26 898, XI sinfində 25 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 320 beşyaşlının cəlb olunacağı gözlənilir.

2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 299 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, üç xüsusi tipli ümumi orta məktəb və beş əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki