image-2000x150px
image-123
image-ads_atlas
image-trend_kran_qeza_040920_1backend

Bakıda yükqaldırıcı qurğu aşdı – Ölən və yaralanan var

image-728x90px

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Doğru.az”-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı kliniki şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”un əldə etdiyi məlumata görə, hadisə “Kristal Abşeron” şirkətinin Bayıl layihəsinin icra edildiyi binada qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki