image-n1karobka_ads
image-123
image-barca-pic_32ratio_1200x800-1200x800-82835backend

“Barselona” futbolçusunun PSJ-yə transferi ilə bağlı müqavilənin bağlandığını açıqlayıb

image-ad_qayo_720x110px

“Barselona”nın idman direktoru Mateu Alemany bildirib ki, klub Usman Dembelenin Paris Saint-Germain-ə keçidi ilə razılaşıb.

Onun sözlərini jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yazıb.

Dembele Parisə gedəcək. Danışıqlar başa çatıb, yalnız sənədləri imzalamaq qalır”, – Alemani bildirib.

Dembele 2017-ci ildə “Borussiya Dortmund”dan 135 milyon avroya “Barselona”ya keçib.O, İspaniya klubunun heyətində 137 oyuna çıxıb, 24 qol vurub. Komandanın tərkibində 3 dəfə ölkə çempionu olub, iki dəfə Kubok və Superkubok qazanıb. 2018-ci ildə Dembele Fransa yığmasının heyətində dünya çempionu olub.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki