image-n1karobka_ads
image-123
image-2022-09-07t203323z_2022673208_up1ei971l3l8v_rtrmadp_3_soccer-champions-fcb-vpl-report-pic_32ratio_900x600-900x600-81153backend

“Barselona” Levandovski ilə müqaviləni vaxtından əvvəl ləğv edə bilər

“Barselona”nın hücumçusu Robert Levandovski müqaviləsi bitməmiş klubu tərk edə bilər.

Bu barədə SPORT.ES xəbər verir.

Nəşrin məlumatına görə, futbolçunun müqaviləsində 2024/2025-ci illər mövsümündən sonra matçların 55%-dən az iştirak etməsi şərti ilə İspaniya klubu müqaviləni vaxtından əvvəl ləğv edə biləcək bənd var. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bu La Liqa mövsümündə polşalı forvard 15 mümkün matçdan 13-də meydana çıxıb, yeddi qol (ikisi penaltidən) və üç məhsuldar ötürmə ilə yadda qalıb. Dekabrın 3-də “Barselona” “Atletiko Madrid”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu João Feliks vurub.

Levandovski Çempionlar Liqasının beş oyunundan dördündə də iştirak edib. Hücumçu cəmi bir dəfə qol vura bilib. “Barselona” turnirin pley-off mərhələsindəki yerini təmin edib.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki