“Barselona”nın yeni idman direktoru Deko argentinalı hücumçu Lionel Messi ilə aralarındakı məsafəyə görə indi daha az ünsiyyət qurduğunu bildirib və futbolçunun Kataloniya klubuna qayıtmasının qeyri-mümkün olduğunu etiraf edib.
Onun sözlərini Mundo Deportivo sitat gətirir.
“Biz hamımız Leo-nun qayıtmasını istəyirdik, lakin artıq eşitdiyimiz vəziyyətlərə görə bu, mümkün olmadı. Bu, klub tarixinin ən yaxşı oyunçusudur. Mən görürəm ki, o, İnter Mayamidə xoşbəxtdir və orada olmaqdan həzz alır. “Barselona” və Leo azarkeşi kimi ona ən yaxşısını arzulayıram”, – Deko bildirib.
Messi 2003-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib. Klubla o, on İspaniya liqasının, dörd Çempionlar Liqasının, yeddi İspaniya Kubokunun, səkkiz İspaniya Superkubokunun, üç Avropa Super Kubokunun və üç Klublararası Dünya Kubokunun qalibi olub.
Mənbə: TRT Spor