image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-01-15t195725z_1259494631_up1ej1f1jfnqc_rtrmadp_3_soccer-spain-mad-fcb-report-pic_32ratio_900x600-900x600-7845backend

Barselona mövcudluğunu dayandıra bilər

image-728x90px

“Barselona” texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra ilə bağlı rəsmi olaraq rüşvətxorluqda ittiham olunduqdan sonra kataloniyalılar dünyanın futbol xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə “The Telegraph” məlumat yayıb.

“Təqsirli bilinərsə, cinayətkarlar 3 ildən 6 ilə qədər həbs cəzası alacaqlar. “Barselona”nın özü peşəkar futbol klubu kimi fəaliyyəti dayandırıla bilər, bu, çox güman ki, 124 yaşlı klubun iflasına gətirib çıxara bilər”, – materialda deyilir.

2023-cü ilin əvvəlində Neqreyra ilə bağlı vəziyyət məlum oldu. Barselona prokurorları kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı mümkün korrupsiya və hakimə ödənilən pullarla bağlı iddia qaldırıb. O, 17 il ərzində Kataloniya klubundan təxminən 7,3 milyon avro alıb.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki