image-n1karobka_ads
image-123
image-17654598463615424324_1200x630backend

Baş nazir Əli Əsədov Gürcüstan Baş naziri ilə görüşüb

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində dekabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Doğru.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İ. Kobaxidzeyə çatdırıb. Gürcüstan Baş naziri salamlar üçün minnətdarlığını bildirib və öz salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın aktual məsələlərinə də xüsusi diqqət yetirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki