Dekabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüşdə TDT-yə üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın inkişafını davam etdirəcəyi və beynəlxalq nüfuzunu artıracağı qeyd edilib. Eyni zamanda ölkədə aparılan ardıcıl sosial islahatlar, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması barədə məlumat verilib.
TDT-yə üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
DOĞRU.AZ




























