image-n1karobka_ads
image-123
image-176476521453198387_1200x630backend

Baş Prokuror Kamran Əliyev Nyu-Yorkda BMT-nin Qlobal Antikorrupsiya Konfransında iştirak edib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak edib.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Baş Prokurorluğun mətbuat xidmətindən verilib.

Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) birgə təşkilatçılığı ilə keçirilib. Konfransın əsas məqsədi korrupsiyaya qarşı mübarizə fəaliyyətinin effektivliyini qiymətləndirmək üçün alternativ meyarların və yeni metodologiyanın hazırlanması olub.

30-a yaxın ölkənin nümayəndə heyətləri, beynəlxalq və regional təşkilatların ekspertləri tədbirdə iştirak edib. Baş prokuror yüksək səviyyəli çıxışında qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin təsirli olması üçün onun miqyasının müəyyən edilməsi, yəni ölçülməsi vacibdir. O bildirib ki, mövcud indekslərin bəziləri subyektiv və metodoloji nöqsanlar səbəbindən reallığı tam əks etdirmir və yeni metodologiya bu boşluğu dolduracaq.

Konfrans çərçivəsində Baş prokuror bir sıra ikitərəfli görüşlər keçirib. UNODC-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları ofisinin rəhbəri Faisal Shahkar ilə görüşdə kadrların peşəkar hazırlığı, cinayətə qarşı mübarizə təcrübəsinin mübadiləsi və Azərbaycan tərəfindən irəli sürülən layihələr müzakirə olunub.

Baş prokuror həmçinin Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos ilə görüşdə Azərbaycan Prokurorluğunun Akademiyaya göstərdiyi dəstək və əməkdaşlıq barədə məlumat verib. Görüş zamanı tərəflər arasında birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Səfər çərçivəsində Kamran Əliyev Səudiyyə Ərəbistanı, Mərakeş və digər ölkələrin nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.

Həmçinin Baş prokuror BMT yanında daimi nümayəndəliyin heyəti ilə tanış olaraq əməkdaşların fəaliyyəti ilə maraqlanıb.

DOĞRU.AZ

image-17647652144359731080_1200x630 image-17647652142970520562_1200x630 image-1764765214794440918_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki