image-n1karobka_ads
image-123
image-17182877451014429996_1200x630backend

Basketbol millisinin üzvləri ilə görüş olub – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və rəyasət heyətinin üzvləri kişilərdən ibarət 3×3 basketbol millisi ilə görüş keçirib.

Azərbaycan Basketbol Federasiyasından Doğru.az-a verilən məlumata görə, E.Əmrullayev Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmış komandanı təbrik edərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda federasiya rəsmiləri millinin qalib üzvləri ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Kosovonun paytaxtı Priştina şəhərində keçirilmiş turnirin təsnifat mərhələsini uğurla başa vuraraq əsas raunda vəsiqə qazanıb.

DOĞRU.AZ

image-1718287745609014527_1200x630 image-1718287745510138978_1200x630 image-17182877454930245107_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki