image-n1karobka_ads
image-123
image-4d2ffd4e60df2c739f468610eaca31ae1backend

Bayden-Harris münasibətləri Demokratların seçki məğlubiyyətindən sonra soyuyur

ABŞ-ın hazırkı prezidenti Co Bayden və vitse-prezident Kamala Harris arasında münasibətlər Donald Trampın prezident seçkilərində qələbəsindən sonra soyuqlaşıb.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

“Seçkilərdən bəri Bayden ailəsinin Harris və onun əri Daq Emhoffla şəxsi münasibətləri bəzən şaxtalı olub”, – yazıda deyilir.

Bayden daha əvvəl 2024-cü ildə keçiriləcək prezidentlik yarışından geri çəkilmək qərarından təəssüfləndiyini bildirərək Trampı məğlub edə biləcəyini qeyd etmişdi.

Çikaqo Universitetinin professoru Con Mearsheimer Judging Freedom YouTube kanalına müsahibəsində bildirib ki, Bayden Kiyev rejiminin yalnız Trampın andiçməsindən sonra məğlub olması üçün əlindən gələni edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki