Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bazar ertəsi, oktyabrın 21-də Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“21 oktyabr 2024-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfər edəcək”, – məlumatda deyilir.
BƏƏ lideri Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda ikitərəfli münasibətləri, eləcə də aktual beynəlxalq problemləri, o cümlədən Yaxın Şərq və Şimali Afrikadakı vəziyyəti müzakirə edəcək.
O, Kazanda keçiriləcək BRİKS sammitinin tədbirlərində də iştirak edəcək.
May ayında BƏƏ prezidenti Putini Rusiya prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Mənbə RİA Novosti