image-n1karobka_ads
image-123
image-img-20251208-wa0147backend

BƏƏ və Səudiyyə Ərəbistanı turizm şirkətləri Azərbaycana səfər edib – FOTO

image-ad_qayo_720x110px

1–7 dekabr tarixlərində Azərbaycan Turizm Bürosu Birləşmiş Ərəb Əmirliklərindən 21, Səudiyyə Ərəbistanından isə 10 turizm şirkətinin iştirakı ilə tanışlıq səfəri təşkil edib.

Doğru.az xəbər verir ki, nümayəndə heyəti Bakı, Quba, Qusar və Şabran şəhərlərində Azərbaycanın müxtəlif turizm məhsulları ilə tanış olub. Proqram çərçivəsində iştirakçılar “Şahdağ” Turizm Mərkəzinə də səfər ediblər, həmçinin ölkəmizdə qolf turizmi və qastroturizmlə bağlı məlumatlandırılıblar.

Bundan əlavə, səfər müddətində “Azərbaycan Hava Yolları” QSC və 60 yerli turizm şirkətinin, eləcə də BƏƏ və Səudiyyə Ərəbistanı turizm agentliklərinin iştirakı ilə B2B formatlı görüşlər keçirilib.

Görüşlərdə hər iki ölkənin turizm şirkətləri gələcək əməkdaşlıq imkanları və birgə turizm məhsullarının inkişafı perspektivlərini müzakirə edib.

DOĞRU.AZ

image-img-20251208-wa0143 image-img-20251208-wa0147 image-img-20251208-wa0144 image-img-20251208-wa0145 image-img-20251208-wa0146

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki