Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, respublika öz həyati vacib milli maraqlarını müstəqil şəkildə müdafiə etməyə hazırdır.
Xreninin jurnalistlərə verdiyi məlumata görə, yeni hərbi doktrina layihəsi Belarus şəraiti üçün hərbi münaqişələrin tipologiyasını aydınlaşdırır, həmçinin miqyasda gradasiyanı aradan qaldırır.
Nazirin sözlərinə görə, sənəddə yerli və regional müharibələr əvəzinə dövlətlərarası və koalisiya müharibələri nəzərdə tutulur.
Minsk “dövlətlərarası müharibə” konsepsiyasını gücləndirməklə “Belarus Respublikasının öz həyati vacib milli maraqlarını müstəqil şəkildə müdafiə etməyə hazır olduğuna dair mühüm siyasi bəyanat verir”, Xrenin vurğulayıb.
Belarus üçün yeni hərbi doktrina layihəsinə ölkənin Təhlükəsizlik Şurasının iclasında baxılıb. Sənəddə təhdidlərin gəldiyi ölkələr, hərbi təhlükəsizliyə daxili və xarici təhdidlərin spektri, müttəfiqlərin öhdəlikləri və s.
Mənbə: Sputnik