Ümumdünya Atletika Assosiasiyası belaruslu qaçışçı Kristina Timanovskayaya Polşa millisində oynamağa icazə verib.
Bu barədə “Reuters” məlumat yayıb.
İdmançı 2020-ci il Tokio Olimpiadasında 100 və 200 metr məsafələrə qaçışda çıxış etməli idi. Lakin iki belarus idmançısı lazımi sayda dopinq testi olmadığı üçün 4×400 metr məsafəyə estafet yarışında iştirakdan kənarlaşdırıldıqdan sonra məşqçilər Timanovskayadan bu yarışda istifadə etmək qərarına gəliblər.
Qaçışçı sosial şəbəkədə qərarı tənqid edib. Bundan sonra Belarus Olimpiya Komitəsi Timanovskayanın “emosional və psixoloji durumuna görə” Olimpiadada iştirakını dayandırdığını açıqlayıb. Qız onu Yaponiyadan zorla çıxarmağa çalışdıqlarını iddia edib və Avropadan sığınacaq istəyib.
Mənbə: Reuters